Ru
11:07 / 21 Dekabr 2024

Rövşən Lənkəranskinin Ukraynadakı restoranı dağıdıldı - FOTO+VİDEO

Rövşən Lənkəranskinin Ukraynadakı restoranı dağıdıldı - FOTO+VİDEO
Eye


Rusiya ordusunun dünən səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi "İskəndər" və "Xəncər" tipli ballistik raketlərlə vurması nəticəsində mərhum "qanunu oğru" Rövşən Lənkəranskiyə məxsus dəbdəbəli “Şah Plov” restoranı da dağıdılıb.

Bakupost.az -ın məlumatına görə, Rövşən Lənkəranskinin ölümündən sonra Kiyevdə Antonoviç (keçmiş Qorki) küçəsi, 72 ünvanlnda yerləşən həmin restoranı onun yaxınları işlədirdi.

Raket hücumu nəticəsində restoranın şüşələri tamamilə sınınb, fasadı dağılıb, eyni zamanda restoranın içərisindəki bahalı rəsm, dekorasiya, əşya və mebellər də sıradan çıxıb.
Raket hücumundan sonra “Şah Plov”un qarşısından video paylaşan restoranın hazırkı sahibi Nadir Axundov işğalçıları lənətləyib.


Qeyd edək ki, Rusiyanın dünənki raket hücumu nəticəsində sözügedən ərazidə 1 nəfər ölüb, xeyli insan yaralanıb. Habelə ballistik raketlər elektrik təchizatı sistemi, yaşayış binaları və ətrafdakı avtomobilləri də sıradan çıxarıb. 60 min əhalinin işıq və istiliksiz qaldığı bildirilir.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar