Ru
19:52 / 19 Noyabr 2022

Rusiyada güclü PARTLAYIŞ

Rusiyada güclü PARTLAYIŞ
Eye

Leninqrad vilayətinin Vsevolojsk rayonunda qazpaylayıcı stansiyada güclü partlayış baş verib.


Bakupost.az Rusiya mətbuatına itinadən bildirir ki, partlayış yanğınla müşayiət olunub. Hazırda Sankt-Peterburqun şimal rayonlarında tüstü sütunu müşahidə olunur.


Məlum olub ki, partlayış Bernqardovka və Kovalevo arasında qaz kəmərində meydana gəlib. Baş verənlərlə əlaqədar olaraq özəl sektora qazın verilməsi dayandırılıb.


Rusiya Fövqəladə Hallar Nazirliyi artıq yanğının söndürüldüyünü açıqlayıb.


Hadisənin səbəbləri araşdırılır.







Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar