Ru
10:57 / 18 Yanvar 2023

Şəhərli kim olub? – Hamballar və fəhlələr

27938


İdris Heydərli

Bizim əsli düşüncəmizdə kənd və şəhərli yoxdur. Kəndli və şəhərli son iki yüz ilin icadıdır. "İnsan" anlayışı olmayan cəmiyyətlərdə bu ayrım kəskin xətlərlə sərhədlənıb. Biz Qərb modelli yaşamaq tərzinə keçid edəndə şəhər və şəhərli anlayışının kimə aid olmasını bilmirdik.


Şəhərli kim idi?

Azərbaycanda ilk şəhərli fəhlədir. Fəhlə bizim düşüncənizdə hambaldır. Hambal özü üçün işləməyən sürüdür. Öz işi olmayandır. Daima acdır, hambalı qarın ehtiyacından başqa nəsə düşündürməz.

Azərbaycan coğrafiyasında məskunlaşma ilk sənayeləşməni yalnız bir şəhərdə yaşadı -Bakıda. Azərbaycanın heç bir bölgəsindən Bakıya iş arxasınca gələnlər olmadı. Gələnlər ancaq İran coğrafiyasında yaşayan, qarına ehtiyac sahibləri oldu. Sənayeləşmə ilə Azərbaycanın ünsiyyəti kollektivləşmə ilə başladı. 30-cu illərin sonu və müharibə sonrası aclıq və fəlakətlər Azərbaycan insanının fəhlələşməsinə səbəb oldu. Kəndli və fəhlə bizim həyatımızda ancaq 50-ci illərin sonunda ayrıldı. Şəhər fəhləliyin, kənd kolxozun zəmini olaraq mərkəzləşdi.

"Şəhərli və kəndli" bizim həyatımıza bu şəkildə girdi və sistemləşdi. Fəhlə övladları isə "ziyalılaşma"nın fəhlələri oldular, beləcə "qalustuklu fəhlələr" kəndin fərq yaradacaq müəllimlərinə döndülər.

Ölkə müstəqilliyə böyük bir "qalustuklu fəhlələr" dəstəsi ilə girdi.

Dünəndən qalan hökumətin cəmdəyinə qonanlar artıq fəhlə hökuməti deyil, hökuməti fəhləyə çevirdilər. Bu ziddiyyəti ayırmadan səbəb və nəticələrə cavabları müəyyən edə bilmirik. Fəhlənin dövlət anlayışı ilə hər respublikada müstəqillik keçidi yaşandı. Fəhlələr isə onları bir yerə yığan və idarə edən hakimiyyətdən qisas almağa başladılar. "Son fəhlə" sovxozlaşdırılan kəndli isə özü ilə ondan istənilənin şəklini müstəqillik dönəmində aldılar.


Postsovet dünyanın xammalı "fəhlə və fəhləlik" oldu. Hər qurumlaşma fəhləliyi mərkəzə alaraq respublikalaşma dönəmini yaşadı.
İndi artıq yeni bir keçidlə qarşı-qarşıyıq.
"Fəhlə və fəhləlik" yeni bir paradiqma ilə üz üzədir.

"Fəhlələşmə"dən xilas olduğumuz mərhələdə proses çox ağır keçir, ya budur, ya odur demək isə mənim işim deyil,
Doğrusunu Allah bilər.

Şərhlər
  • N.Seyfeli.

    Mentiqsiz bir yazidir! Ziyaliliq, inkishaf kendden shehere geden yoldur, bu tebii olaraq cemiyyetin formalashmasi prosesidir, yazirsansa anlashiqli yaz, bacarmirsansa, bir yer tap daldalan!

  • Elcanli.

    Neise, aglim bir shey kesmir, helelik utopiya gorunen qerbi Azerbaycanlilari dogma yurdlarina donushu prosesi, bu yandanda sheherli-kendli meselesi; nooldu birden-bire? Vallah moskvanin iyi gelir deyesen, bir xaos yaratmasalar yaxshidir,Allah bu xalqi qorusun.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər