Ru
17:47 / 15 Avqust 2024

Səkkiz yaşlı qızdan cəsarətli addım - VİDEO

Səkkiz yaşlı qızdan cəsarətli addım - VİDEO
Eye

ABŞ-ın Minnesota ştatında hamı 8 yaşlı qızın qəhrəmanlığından danışır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, mağazada işləyən atasının quldurla əlbəyaxa olduğunu görən kiçik qız beysbol ağacı ilə ona hücum edib.

Hadisə mağazanın bağlanma saatına yaxın baş verib. Belə ki, mağazaya daxil olan şəxs kassaya yaxınlaşıb və tapança çıxarıb. Kassanın yaxınlığında olan mağaza sahibi əli silahlı şəxsdən səkkiz yaşlı qızından uzaq durmasını istəyib. Buna məhəl qoymayan basqınçı azyaşlının olduğu yerə tərəfə irəlilməyə başlayıb.

Qızının həyatına təhlükə hiss edən ata silahlı şəxsə hücum edərək onu yerə yıxıb. Ona səkkiz yaşlı qızı da kömək edib. Basqınçı onların əlindən çıxaraq ərazidən qaçsa da, polis onu saxlayıb.





Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar