Ru
20:00 / 03 Avqust 2022

Tayvan ABŞ və Çin üçün niyə bu qədər vacibdir? - Adanın 5 sirri

5011
Dünən dünya ABŞ-la Çin arasında nüvə müharibəsi həddinə çata biləcək hadisənin həyəcanı ilə çalxalandı.

Dünyanın gözü Tayvanda idi. BİR çoxları isə Tayvan barədə bəlkə də ilk dəfə eşidirdi.



Bəs, bu kiçik ada niyə az qala dünya müharibəsinə səbəb olacaqdı? Bu ölkəni ABŞ və Çin üçün maraqlı, əhəmiyyətli edən nədir?


Bakupost.az başıbəlalı Tayvanın 5 üstün cəhətini araşdırıb.





Tayvan sanki 90-ci illər Azərbaycanının taleyini yaşayır, müstəqil olmaq istəyir, amma böyük güclər ona mane olur. Orada da hələ tam sönməmiş münaqişə ocağı, vətəndaş müharibəsi var.


Belə ki, 1946-1949-cu illərdə Çində Kommunist Partiyası qələbə qazanandan sonra hakim partiyanın rəhbəri Çan Kayşi tərəfdarları ilə Tayvana mühacirət etdi. Bir neçə adada Çan Kayşinin şəxsi hərbi rejimi quruldu. Onun ölümündən sonra hərbi vəziyyət ləğv edildi.


1988-ci ildə Çin Xalq Respublikası Tayvanla sülh sazişi irəli sürərək, "Bir ölkə 2 sistem" prinsipini elan etdi. Tayvan isə 1990-cı ildə öz konsepsiyasını irəli sürdü: Bir ölkə - 2 ərazi. Tayvan özünü Çin respublikası elan edərək. müstəqilliyini qorumaq istəyirdi.




1992-ci ildə Tayvan və Çin rəsmiləri görüşərək, vahid Çin prinsipini qəbul etdilər, həmin vaxtdan hər iki tərəf bu prinsipi özünə sərf edən şəkildə interpretasiya edir.


2000-ci illərdə Demokratik Proqressiv Partiyası (DPP) adanı müstəqil dövlətelan etdi və Çin Xalq respublikası ilə əlaqələr kəsildi.
2008-ci ildə Qomindan Partiyası yenidən hakimiyyətə gəldi və Çinlə iqtisadi əməkdaşlığı bərpa etdi.


2020-ci ildə parlament və hökumətdə yerlərin əksəriyyətini tutan DPP partiyası lideri Çay İnven yenidən Tayvanın Çinə inteqrasiyasına qarşı çıxaraq, müstəqillik arzusunu bəyan etdi və bunun üçün mübarizəyə başladı.


Bu gün dünyanın 170 ölkəsi və BMT Tayvanı "Bir Çin" pozisiyasında qəbul edir və Çinin ayrılması hissəsi kimi tanıyır.


Rəsmi Vaşinqton Çini nəhəng və təhlükəli rəqib gözündə görür. Çin bu gün Amerika əleyhdarları siyahısında birinci yerdədir.


Ukrayna məsələsində Çinin açıq-aşkar Rusiyaya tərəf çıxışı və ABŞ-a barmaq silkələməsi ABŞ-ın yadına Tayvan məsələsini saldı.


2017-ci ildən rəsmi Pekinin dünya liderliyinə gedən yolda devizi "Çində hazırlanıb" strategiyasıdır. Yəni dünyada Çin məhsulları lider olacaq.


Tayvan isə Çini mikroelektronika və yüksək texnologiyalı mikrosxemlər, avadanlıq və ən kiçik robotik cihazlarla təmin edən cırtdan dövlətdir.





Belə bir iqtisadi istehsalat infrastrukturu olan ölkə ABŞ üçün də strateji əhəmiyyətlidir.


Hazırda Tayvanda mövcud olan şirkətlər, zavodlar dünyada plata, elektron komponentlər, prosessor, kompüter, telefon, planşet və s. mikrosxemlərin 60% təmin edən yeganə ölkədir.

Dünya ticarət dövriyyəsinin 80%-i Tayvan körfəzindən keçir. Demək olar ki, bütün naqil, elektrik cihazları, hətta kosmik stansiyalar, hərbi texnika üçün cihazlar burdan daşınıb çatdırılır.

Əgər ABŞ-la Çin arasında Tayvana görə ən kiçik belə anlaşılmazlıq və münaqişə başlayarsa, bu hadisə dünya iqtisadiyyatına və mal dövriyyəsinə zəncirvari təsir edərək, demək olar, bütün iri şirkətlərin işini dayandıra bilər.

Tayvan dünya iqtisadiyyatının qlobal gücüdür.

Tayvanın özündə isə xalq iki hissəyə ayrılıb: hələ də böyük bir hissə ümidlə Çinə birləşəcəyi günü gözləyir.

Çində də Tayvanı ölkənin ayrılmaz hissəsi hesab edirlər.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər