Ru
17:59 / 11 İyun 2024

Ukraynada təxribat: 3 regionda hərbçilərin maşını yandırıldı

1290
Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi ölkənin üç regionunda hərbi maşınların yandırıldığını bildirib. Bu hal Ukrayna təhlükəsizlik qüvvələrini təşvişə salıb.

Bakupost.az “Strana” nəşrinə istinadən xəbər verir ki, Dneprdəki avtodayanacaqda naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin qeydiyyatında olan “Volkswagen” markalı avtomobilə yaxınlaşaraq üzərinə tez alışan maye töküb və onu yandırıb.

Kiyevin Şevçenkovs rayonunda daha bir avtomobil - hərbçiyə məxsus "Mercedes-Benz" markalı mikroavtobus yandırılıb.

Üçüncü hal isə Odessada qeydə alınıb. Orada Ukrayna Silahlı Qüvvələrinə məxsus “Peugeot” markalı avtomobil yandırılıb.

Hazırda hər üç hadisə ilə Ukrayna Təhlükəsizlik Xidməti məşğul olur.

"Strana" qeyd edir ki, Ukrayna xüsusi xidmət orqanlarında avtomobilləri yandıran şəxslərin bu işə Telegram kanallarından birində cəlb olunduğu barədə məlumat var.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər