Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:58 / 11 Oktyabr 2024

Universitetlərdə hansı fənlərin tədrisi ləğv oluna bilər? - Nazirin təklifinə reaksiya

4967
Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması ilə bağlı açıqlamalar verib. Nazir bildirib ki, ali məktəblərdə proqramların yenilənməməsi daim gündəmdədir.

“Universitetlərdə elə fənnlər var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək”, deyə o vurğulayıb.

Bəs, ali məktəblərdə hazırda tədris olunan hansı fənnlərin tədrisi ləğv oluna bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakupost.az –a açıqlama verib. O, bildirib ki, nazirin sözündə həqiqət var:

“Təhsil hər bir ixtisas üzrə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş kreditlər əsasında həyata keçirilir. Bu kreditlər həmin peşə üzrə dövlət standartları əsasında müəyyən olunmalıdır. Yəni peşə üzrə dövlət standartları müəyyən edir ki, bu peşənin sahibi bu ixtisasa yiyələnmək üçün hansısa bacarıq və səriştəyə malik olmalıdırlar. Həmin ixtisas üzrə kreditlər müəyyən olunarkən peşənin dövlət standartları əsas şərt götürülür. Bizdə bu gün miqyasına görə ən böyük işə qəbul müsabiqəsi müəllimlərin işə qəbuludur.

Təsəvvür edin ki, ölkədə müəllimlərin peşə standartı yoxdur. O cümlədən digər peşələrin də dövlət standartı olmalıdır. Tədris olunan kreditlər, yəni fənlər həmin peşə üzrə təhsil alan şəxslərə nə dərəcədə vacibdir? Peşələr üzrə dövlət standartları yox səviyyəsindədir. Ona görə də belə acınacaqlı vəziyyət yaranır”.

Aygün, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar