Ru
21:42 / 02 Aprel 2024

Xocavənddə fəhlələri daşıyan maşın aşdı - 9 yaralı

2038

Xocavənd rayonunda mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.


Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.


***

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər