Ru
21:32 / 23 Noyabr 2023

Yanan obyektdə olanlar tam təxliyə edildi - DİN

Yanan obyektdə olanlar tam təxliyə edildi - DİN
Eye

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda obyektdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar