Ru
14:32 / 15 May 2024

Yarım milyon dələduzluq edən qadın həbs edildi - FOTO

Yarım milyon dələduzluq edən qadın həbs edildi -  FOTO
Eye

Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.

"Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar