Ru
00:12 / 30 Oktyabr 2024

Yeni kəşf olunan dişli ilana Di Kaprionun adı verildi

Yeni kəşf olunan dişli ilana Di Kaprionun adı verildi
Eye

Qərbi Himalayada 10 dişi olan ilana Hollivud ulduzunun adı verilib.

Bakupost.az xəbər verir ki, alimlər bu ilanın DNT-sini analiz edərək, qərara gəlib ki, bu tamam yeni növ sürünəndir. Anguiculus dicaprioi adı verilən ilanın 10 dişi var.

Bürüncü rəng ilan 55 sm uzunluqdadır, üzü enli, başı balacadır.

Boynunda solğun boz halqalar var. Ekspertlər hesab edir ki, ilan 1860 metr hündürlükdə yaşaya bilir.

İlk dəfə ona Nepalda rast gəlinsə də, ələ keçirilməmişdi.

Leonardo Di Kaprio planet, vəhşi təbiət və ətraf mühitin qorunmasında aktiv iştirak etdiyi üçün alimlər ilanı onun şərəfinə adlandırıblar.



Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar