Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İntervision” müsabiqəsində iştirakdan imtina edib. Müsabiqə baş tutacaq.
Bakupost.az xəbər verir ki, "İntervision" müsabiqəsi ilə əlaqəli İnstaqram hesabında qeyd olunub ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri daxili səbəblər və hazırlıq üçün kifayət qədər vaxtın olmaması səbəbindən müsahibədə iştirak etməyəcəklər.
Bundan əlavə, müsabiqənin tanıtım çarxında iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib. Lakin Azərbaycan bayrağı orada yer almayıb, hansı ki, ilkin mərhələdə iştirakçılar arasında göstərilirdi.
Müsabiqənin rəsmi Teleqram kanalında da iştirakçı ölkələrin bayraqlarından ibarət siyahı paylaşılıb. Həmin siyahıda da Azərbaycanın adı və bayrağı qeyd olunmayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin cari ilin fevral ayında “İntervision” musiqi müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalayıb. “İntervision” “Eurovision”un alternativi hesab olunur.
Aysel,
BakuPost