Ru
15:16 / 20 Avqust 2025

Ərdoğan və Putin Ukrayna məsələsini müzakirə ediblər

Ərdoğan və Putin Ukrayna məsələsini müzakirə ediblər
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.

İki ölkə başçısı həmçinin Türkiyə və Rusiya münasibətlərini, eləcə də regional, qlobal məsələləri müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar