Ru
14:11 / 20 Avqust 2025

Bu ölkənin gələcək kraliçası ikinci əl mağazalardan geyinir - FOTO

Bu ölkənin gələcək kraliçası ikinci əl mağazalardan geyinir - FOTO
Eye

Norveç vəliəhdi şahzadə Hakon və şahzadə Mette-Maritin ən böyük övladı olan şahzadə İnqrid Aleksandra ikinci əl mağazalardan geyim alır.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, doğulduğu gündən saraylarda yaşayan 21 yaşlı İnqrid, bütün kral ailələrində olduğu kimi, ötən il hərbi təlim keçib və ölkəsinin ordusunda xidmət edib.

Bu il Avstraliyaya yola düşən şahzadə Sidney Universitetində Beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə təhsilinə başlayıb.

İnqridin valideynləri - Hakon və Mette-Marit də bu ayın əvvəlində Sidneyə gedərək qızlarına dəstək olublar.

Son günlərdə İnqrid Sidney küçələrində sadə geyimdə və ikinci əl mağazalarda ucuz paltarlar seçərkən görüntülənib. Mətbuat onu “Qənaətcil şahzadə” adlandırıb.
Dünyanın ən zəngin monarxiyalarından birinə mənsub olsa da, İnqridin bu davranışı böyük rəğbət qazanıb. Onu görənlər şahzadəni tələbə yoldaşlarından ayırmağın çətin olduğunu deyiblər.

Qeyd edək ki, şahzadə İnqrid Aleksandra gələcəkdə ölkəsinin kraliçası olacaq. İnqrid, Norveçin hazırkı hökmdarı - 88 yaşlı kral Harald Vinin nəvəsidir və 52 yaşlı atası şahzadə Hakonun ardından taxtın ikinci varisidir. 1990-cı ildə dəyişdirilən qanuna görə taxt artıq yalnız oğul deyil, ailənin ən böyük övladına keçir. Beləliklə, İnqrid atasından sonra Norveçin 600 ildən sonra ilk qadın kraliçası olacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar