Ru
13:08 / 20 Avqust 2025

Qəzzanın ələ keçirilməsi ilə bağlı plan təsdiqləndi

Qəzzanın ələ keçirilməsi ilə bağlı plan təsdiqləndi
Eye

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb.

“Əməliyyatdan sonra Qəzza şəhəri öz simasını dəyişəcək və əvvəlki kimi görünməyəcək”, - deyə nazir qeyd edib.

Məlumata əsasən, yaxın vaxtlarda İsrail Müdafiə ordusunun ehtiyatda olan hərbçilərinin əlavə olaraq səfərbərliyə cəlb edilməsi elan olunacaq.

“The Times of Israel” qəzeti isə yaxın günlərdə 60 000 ehtiyatda olan hərbçiyə çağırış vərəqəsinin göndərilməsinin gözlənildiyini yazıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar