Ru
13:36 / 20 Avqust 2025

İşsizlərin diqqətinə: Sığorta ödənişi bu halda verilir - VİDEO

İşsizlərin diqqətinə:  Sığorta ödənişi bu halda verilir - VİDEO
Eye

"Qanunvericiliyə əsasən, işçi işdən azad edilərkən, həmçinin müddətli əmək müqaviləsi başa çatdığı və ya çalışdığı dövlət qurumu ləğv olunduğu halda işsizlikdən sığorta almaq hüququna malikdir".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Baku TV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, işsizlikdən sığortaya görə ödəniş ilk dəfə və yenidən müraciət edənlər üçün fərqlidir.

"Sığorta ödənişi üçün ilkin müraciət müddəti 6 aydır. Qanunvericilikdə işsizlikdən sığortaya görə ödənişin məbləği də müəyyənləşdirilib. Sığorta alan vətəndaşlara əlavə olaraq hər uşağa görə 5 faiz ödəniş də nəzərdə tutulur", - deyə millət vəkili əlavə edib.

Daha ətraflı süjetdə:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar