Ru
13:22 / 20 Avqust 2025

"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA

"Respublika" qəzeti fəaliyyətini dayandırdı,  əksər işçilər "Xalq"da - AÇIQLAMA
Eye

"Respublika" qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzladığı fərmana əsasən, "Respublika" qəzeti ilə "Xalq qəzeti" birləşdirilib: "Bu həftədən iki qəzetin kollektivi "Xalq" qəzetinin redkasiyasında fəaliyyət göstərir. Mən baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti fəaliyyətini "Xalq" qəzetində davam etdirir. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrıldı".

Keçmiş baş redaktor "Respublika"nın bütün əməkdaşlarının işlə təmin olunduğunu vurğulayıb: "Bu həftənin ilk günündən etibarən yeni sistem üzrə işə başlamışıq".

Qeyd edək ki, "Respublika" 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunub.

20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivi idi.
Xatırladaq ki, Prezident bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə fərman imzalayıb.

Fərmanda “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması nəzərdə tutulurdu.

Sənəddə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi əksini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar