Ru
11:59 / 25 Avqust 2025

Azərbaycanda qarayaraya yoluxanların sayı artıb

Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
Eye

Ötən il Azərbaycanda 22 nəfər qarayaraya (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red) yoluxub.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub.

Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.

Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.

Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar