Ru
08:56 / 02 Aprel 2019

– Şərif Qurbanəliyevə yüksək vəzifə verildi AZTV-də yeni təyinat

 – Şərif Qurbanəliyevə yüksək vəzifə verildi AZTV-də yeni təyinat
Eye

 



AZTV-də yeni təyinat olub.



Tanınmış rejissor Şərif Qurbanəliyev "Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edilib.  Bununla bağlı AZTV-nin sədri sərəncam imzalayıb.  Rejissor Şərif Qurbanəliyev müxtəlif vaxtlarda AZTV-də və digər telekanallarda film və telelayihələrin müəllifi olub.



Onun ssenari müəllifi və rejissoru olduğu "Ac həriflər”, "Yarımştat”, "Bala – Başa bəla”,  "Bəylik dərsi” teletamaşaları televiziyanın "qızıl fondunda” saxlanılır. "Ac Həriflər” tamaşası "Humay” mükafatına layiq görülüb. İstedadlı rejissor Ş. Qurbanəliyev Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Rəhman Əlizadənin "Laləli düzən” adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru olub.



Ş. Qurbanəliyev "Akademik Heydər Hüseynov”, "Kişiləri qoruyun”, "Şəki teatrında”, "Qaragülün nağılı”,  "Tanrıverdinin nağılı”, "Bir ovuc torpaq”, "Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.



Xatırladaq ki, Azərbaycan televiziyasının "Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb. (Strateq.az)


Şərhlər
  • Aysu Ahmedzade

    Yaxşi aktyordur.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar