Ru
14:28 / 06 Dekabr 2018

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?
Eye

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub.



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.



Qeyd olunub ki, bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.



Qurumdan bildirilib ki, 2017-ci il oktyabrın 9-da Fransanın Belfort şəhərində "Alstom Transportation S.A.” şirkətinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün istehsal etdiyi birinci sərnişin lokomotivinin (Prima M4) təqdimat mərasimi keçirilib. Artıq iki sərnişin lokomotivi ölkəmizə gətirilib.



Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib. (Trend)

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar