Ru
13:13 / 30 Sentyabr 2025

"Bakıda tıxac problemi faciəvi deyil..." - Deputat

 "Bakıda tıxac problemi faciəvi deyil..." - Deputat
Eye

Azərbaycanda nəqliyyat infrastrukturunun idarəedilməsi ilə əlaqədar yeni qanunun hazırlanması təklif edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında çıxış edib.
O qeyd edib ki, qanun layihəsi yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətini koordinasiya etməyə, onların səlahiyyətlərini müəyyənləşdirməyə xidmət etməlidir:

"Hesab edirəm ki, xüsusilə, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır. Buna bənzər ünvanlarda nəqliyyatın təşkili həyata keçirilsə, effektiv olar. Ümumilikdə isə düşünürəm ki, Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar