“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”.
Bakupost.az “Qafqazinfo”ya xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.
“Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan iki yaş böyük olmuşam. Buna baxmayaraq, ondan çox şey öyrənmişəm”, - T.İmanov vurğulayıb.