Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.
Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına əsasən, vida mərasimində Dövlət Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev də iştirak edib.
Xidmət rəisi sənətkarın yaxınlarına başsağlığı verib, mərhum sənətkara Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Cabir İmanov DTX Mədəniyyət Mərkəzinin rəhbəri olub.