Ru
15:16 / 30 Sentyabr 2025

Nazir qalmaqallı prorektoru işdən çıxardı - Yerinə "Azəriqaz"ın işçisi gətirildi - FOTO

Nazir qalmaqallı prorektoru işdən çıxardı - Yerinə "Azəriqaz"ın işçisi gətirildi - FOTO
Eye

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) İnzibati işlər üzrə prorektoru İkram Həsənov işdən çıxarılıb.

Bakupot.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Həsənov İkram Rəhim oğlu vəzifəsindən azad olunub.

İkram Həsənovun işlədiyi dövrdə institutda ciddi pozuntular aşkarlandığı da deyilir. Onun adı mətbuatda müxtəlif qalmaqallarda hallanıb.

Teymur Musayevin digər əmri ilə Süleymanov Röyal Süleyman oğlu ADHTİ-nin İnzibati işlər üzrə prorektoru təyin edilib.


Qeyd edək ki, Röyal Süleymanov 2008-ci ildən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb və 2020-ci ildən "Azəriqaz" İstehsalat Birliyində Hüquq şöbəsinin rəisi işləyib.

Bundan əvvəl, inistutda Adilə Cəlal qızı Rzayeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Təlim-tərbiyə işləri üzrə, Rüfət Akif oğlu Hüseynli isə Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar