6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Bakupost” xəbər verir ki, jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında 6 saylı Uşaq Kliniki Xəstəxanasındakı baxımsızlıq və natəmizlikdən narazılığını bildirib.
O, xəstəxananın sanitar qovşağının bərbad vəziyyətdə olduğunu vurğulayaraq, buranın səhiyyə ocağından çox antisanitariya mənbəyini xatırlatdığını qeyd edib:
"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar."
Ramila Qurbanlı təkcə sanitar qovşaqların deyil, xəstəxananın otaqlarının və dəhlizlərinin də oxşar bərbad vəziyyətdə olduğunu bildirib.