Ru
21:46 / 18 Noyabr 2018

Bakının məşhur “avtoş”u öldürüldü - “Cabir-012” adı ilə tanınırdı

Bakının məşhur “avtoş”u öldürüldü -  “Cabir-012” adı ilə tanınırdı
Eye

Dünən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb.



BakuPost Xezexeber.az-a istinadən xəbər verir ki, o, polisə könüllü şəkildə təslim olub.



Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.



Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar