Ru
14:14 / 19 Aprel 2023

Bayılda sürüşmə zonasındakı ağacları kim qurudub? - Yadplanetlilərin işi... - FOTO

Bayılda sürüşmə zonasındakı ağacları kim qurudub? -  Yadplanetlilərin işi... -  FOTO
Eye

Paytaxtın Bayıl qəsəbəsindən Badamdara qalxan yolun üst hissəsində - sürüşmə zonasında əkilən ağacların xeyli hissəsi qurudulub.

Bu barədə Bakupost.az -a sakinlər bildiriblər.

Onların dediyinə görə, hadisə yamacda bərkitmə işləri aparılan zaman baş verib:

"Badamdarda hansısa məmurlara məxsus villaların sürüşməsi təhlükəsi yaranıb. Bu təhlükənin qarşısını almaq məqsədlə həmin villaların sürüşmə sahəsinə aid hissəsinə beton örtüyü çəkilib. Bu işlər görülən zaman ərazidəki ağaclar qurumağa başlayıb. Maraqlıdır ki, digər ərazidəki ağaclar qurumayıb, məhz bərkitmə işləri aparılan ərazidəki şam ağacları quruyub".

Qeyd edək ki, sakinlərin redaksiyamıza təqdim etdikləri fotolardan da sürüşmə zonasında əkilən xeyli ağacın quruduğu aydın olur.



Bəs, ərazidə bərkitmə işləri hansı qurum tərəfindən aparılıb? Oradakı şam ağaclarının qurumasının səbəbi nədir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq.

O, ağacların hansı səbəbdən qurumasının araşdırılacağını bildirdi: “Mənim bildiyimə görə həmin əraziyə nazərti Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi həyata keçirir. Amma bunu dəqiqləşdirməkm lazımdır. Məsələ ilə bağlı nazirliyin əməkdaşları araşdırma aparacaq”..

BŞİH-nin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Bakupost.az-a açıqlamasında həmin ərazinin Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti ərazisi olmadığını dedi:


"Həmin yaşıllıq ərazi bizim balansımızda deyil. Ora ərazi ekologiya idarəsi və ya Səbail Rayon İcra Hakimiyyətinin xidməti ərazisidir".

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, 20-ci sahədən Badamdara gedən yolda görülən işlər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparılmayıb.

Maraqlıdır, əlaqədar qurumların heç birinin nə ərazidə bərkitmə işləri aparılması, nə də yaşıllıqların məhv edilməsindən xəbəri var. Bəs, bu işləri kim görüb? Ağacları qurudanlar kimlərdir? Bəlkə bu, lənətə gəlmiş yadplanetlilərin işidir?



Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar