Ru
08:44 / 16 Oktyabr 2025

Belaruslu müğənnini öldürüb orqanlarını satdılar

Belaruslu müğənnini öldürüb orqanlarını satdılar
Eye

Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada faciəli şəkildə ölüb, ehtimal olunur ki, o, orqan satıcılarının qurbanı olub.


Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub.

Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.

Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər.

Sonra cinayətkarlar Veranın öldüyünü və bədəninin artıq yandırıldığını bildiriblər. Təsdiqlənməmiş məlumata görə, qızın orqanları satılıb və külləri məhv edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar