Azərbaycanda ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sistemi yaradılacaq.
BakuPost-un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı təsdiqlənən "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanla təsdiqlənən "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi çərçivəsində ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması və həmin sistemin tikintiyə icazə icraatında iştirak edən digər qurumların elektron informasiya sistemlərinə, "Elektron hökumət” və "Lisenziyalar və icazələr” portallarına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görməlidirlər.
Qeyd edək ki, bu Qayda məlumatlandırma icraatı tələb edilən fərdi yaşayış evlərinin tikintisini əhatə etmir. Qayda sahibkarlar tərəfindən tikintisinə icazə tələb edilən bina, o cümlədən icazə tələb olunan, ancaq ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələriniu əhatə edir.
Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir:
- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;
- sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;
- mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;
- ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;
- yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri;
-insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.
Salam 300kv qeyri yaşayiş sahesin torpaq cixarişi var tikilmiş sahenin cixsrişini almaq ucun tələb olunan senedler və hansi dövlet qurumuna vermeyimizi kömeklik gösererdiz