2024-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiyanın əhalisi 146,2 milyon nəfərdirş Bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 244 min nəfər azdır.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, "Rosstat"ın məlumatına görə, rusların 109,605 milyonu şəhərlərdə, 36,597 milyonu isə kəndlərdə yaşayır.
Qeyd olunur ki, bu, əhalinin orta sayının ilkin hesablanmasıdır. Statistikaya Donbass, Xerson vilayəti və Zaporojye əhalisi daxil edilməyib.
Nilay, BakuPost