Ru
13:02 / 31 İyul 2022

“Bizə təhqiredici, alçaldıcı münasibət göstərdilər” - Jurnalist nazirliyi ifşa etdi

10259
"Festival adı altında keçirilən bu biabırçılıq heç kimə lazım deyil. Təşkilatçılar bunun hesabatını verməlidir".


Bunu Bakupost.az -a açıqlamasında Kulis.az saytının redaktoru, yazıçı, jurnalist Samirə Əşrəf ötən gün keçirilən ll Yaylaq Festivalı ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, festivalda həm təşkilatçılıq, həm də proqram bərbad vəziyyətdə olub:


"Festivala öz razılığım, istəyimlə getmişəm. Məzuniyyətdə idim və istəyirdim ki, şəhərdən kənara çıxım. Mədəni bir tədbirdə iştirak edim. Əslən qarabağlıyam, ona görə festival, tərəkəmə həyatı, eyni zamanda yazıçı olduğum üçün mənə maraqlı gəldi.

Düşünürdüm ki, orada rahatlıq taparıq.
Gülə-gülə səhər saat 06:15-də avtobusla yola çıxdıq.

Əvvəla, Mədəniyyət Nazirliyinin bizə ayırdığı avtobus çox bərbad vəziyyətdə idi. Hesabla biz ora saat 12:00-da çatmalı idik, lakin saat 14:00-da çatdıq.

Təsəvvür edin ki, çox böyük tıxac, maşınlar, avtobuslar ard-arda dayanıb.

Yaylağa doğru qalxanda isə saat 14:30 olardı. Bizə tədbirin proqramı göndərilmişdi. Orada konsert, nahar vaxtı, şam yeməyi və harada qalacağımız yer qeyd olunmuşdu.

Saat 16:00-16:15 olardı ki, nə nahar, nə oturmağa bir yer vardı. Demək olar ki, ortalıqda qaldıq. Bir az şəkillər çəkdirdik ki, başımız qarışsın.

Heç bir konsert, mədəni, sivil formada keçirilən yığıncaq yox idi. 2-3 çadır qurulub, onun da içərisinə aktyorlar girib soyunub-geyinirdilər. Ortada bom-boş səhnə yaradılıb, amma heç nə göstərilmir.

Bununla bərabər yuxarıda guya, bir səhnə qurublar, neçə saatdan sonra Şuşa Dövlət Dram Teatrı bir tamaşa göstərdi. Çox biabırçı vəziyyət, abu-hava var idi.

Aktyorlarlar teatr sənəti adına biabırçı bir səhnəcik təşkil etmişdilər.

Daha sonra orada nə baş verdiyini bilmədim. Naharımız 16:30-a gəlib bizə çatdı. Bununla əlaqələndirdilər ki, nazirlik gəldiyinə görə yolda tıxac yarandığı üçün, nahar gecikib. Nahar da çörəyin arasında toyuğun sinə əti, bir-iki xiyar, heç pomidor, göyərtisini belə vurmamışdılar.



Ona qədər öz vəsaitimizlə orada qidalanmışdıq. Bizim hər birimiz bir media qurumunu təmsil edirik, lakin oturmağa bir yer tapa bilmirdik ki, nəsə yazaq. Hətta çayçı bizə deyirdi ki, əgər çay içərsizsə otura bilərsiz”.



Samirə Əşrəf bildirib ki, festivalda hər şey iki qat baha qiymətə olub:

"Demək olar ki, hamısı pullu və ikiqat qiymətinə idi. Təsəvvür edin, qutablar, tələm-tələsik, natəmiz vəziyyətdə bişirilir. Qazanların ətrafında milçəklər doluşub, bir sözlə bərbad bir görüntü vardı. Axırda təpənin birində oturub, konsertin olacağını gözləyirdik, lakin heç bir şey olmadı. Yenidən qayıtdıq avtobusda oturduq. Daha sonra yağış yağmağa başladı. Saat 21:00 olardı. Baş ağrısı, təzyiq, halı pisləşən, bir sözlə aləm dəyib bir-birinə. Yağış başlayandan sonra Mədəniyyət Nazirliyinin bizə təhkim olunmuş avtobusun sürücüsü gəldi ki, mən sürə bilmərəm. Bu, başadüşüləndir. Çünki yağışlı havada avtobus gedə bilməzdi. Hətta balaca maşınlar belə yolda qalmışdı".

Jurnalist bildirib ki, nazirliyin və digər aidiyyəti qurumların bacarıqsızlığı, hərisliyi, hörmətsizliyi hesabına festival iştirakçıları böyük əziyyət çəkiblər, çıxılmaz vəziyyətdə qalıblar:

"Problem odur ki, birincisi, hava şəraiti, ikincisi, relyef nəzərə alınmalı idi. Söhbət təkcə bizdən getmir. Orda yüzlərlə-minlərlə insan maşınlarda qaldılar. Yollara qum səpilməli, müxtəlif tədbirlər görülməli idi. Qazilərimiz, öz hesabına gəlmiş adamların hamısı dağın başında, palçığın içində qalmışdı.

Media nümayəndələri tələb etdik ki, bizi bura dəvət edənlər köməkçi vasitələr - CİP, niva göndərsin ki, heç olmasa hissə-hissə adamları çıxartsınlar. Bütün cəhdlərimiz boşa getdi və heç bir nəticə olmadı.

Təsəvvür edin biz avtobusun işığını yandıra bilmirik, hava yox, isti, yağış olduğu üçün pəncərələri aça bilmirik. Boğanaq şəraitdə, əsəb-stressli vəziyyətdə idik.

Axırda jurnalistlər avtobusdan düşərək hissə-hissə piyada yola düşdülər. Bizə konkret deyildi ki, yol nə vaxt quruyacaq ondan sonra avtobus yola düşəcək. Yəni, bizə deyilmədi ki, oturub gözləyin sizi aparmağa maşın gələcək. Gördük camaat gedir, biz də onlara qoşularaq yavaş-yavaş polislərin yanına gəldik. Polislər bizi nəhayət, bir hostelə gətirdilər. Nə hamam, nə ayaqyolu vardı. Mən öz şəxsi əlaqələrim vasitəsilə gecəni orda qalmadıq. İki-üç jurnalist isə hosteldə qaldı. Biz gecəni qohum evində qalmışıq. İndi də hələ bizə deyirlər ki, siz bizi dinləməyib getdiyinizə görə bizimlə gələn avtobusda getməyəcəksiz. Musiqili Dram Teatrının avtobusu ilə saat 1 də onunla gedərsiz. Bizə qarşı belə təhqiredici, alçaldıcı bir vəziyyət vardı. Zəhmət çəkib qurumlar büdcədən festivala ayrılan vəsaiti açıqlasınlar, eyni zamanda bizdən üzr istəsinlər".


Fərid
Baku Post
Şərhlər
  • t.ədalət

    Hacıkəndin zirvəsində daha bir biabırşılıq var.Təəssüf ki jurnalistlər ona diqqət verməyiblər.Bu biabırçılıq zirvədəki bulaqlardan birinin bizi qıran,balalarımızı 20 Yanvarda və Qarabağda məhv edən ruslarla qardaşlığa aid abidədir.Bir-iki il öncə hansısa "% kolon" nümayəndəsi ruslar ermənilərlə birləşib məhv edəndə vaxt tapıb ordakı bulaqlardan birini "Əfqanıstan döyüşçüləri" qardaşlığına həsr olunmuş abidəyə çeviriblər.Bu "abidəni" quranlara lənət olsun!Məgər,Əfqanıstanda rusların öldürdüyü əfqanlar bizim müsəlman qardaşlarımız deyildi?Qəribədir,Göygöl İH başçısının Rusiyanın casus şəbəkəsinin əli ilə törədilən bu boyda xəyanət əməlindən,görəsən,xəbəri yoxdur?

  • t.ədalət

    Anar mədəniyyət naziri təyin olunduqdan sonra hər şey pulla idarə olunur."Pulun var,onda..." -devizi ilə işləyirlər.Bu da yeni kadrın gətirdiyi yenilik!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər