Ru
09:20 / 01 Dekabr 2025

Neft bahalaşdı

Neft bahalaşdı
Eye

Neft qiymətləri OPEC+ ölkələrinin ilk rübdə hasilat artımlarını dayandırmaq planını təsdiqləməsindən sonra yüksəlib. Qiymət artımına ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamaları da təsir edib.

Bakupost.az xəbər verir ki, “Brent” markalı neft təxminən 63 dollar civarında (63,45), ABŞ xam nefti (WTI) isə 59 dolların üzərində (59.62) ticarət olunub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi istehsalçı qrup, bazar günü keçirilən iclaslardan sonra ötən ay ilk dəfə açıqlanan üç aylıq fasilənin qüvvədə qaldığını yenidən təsdiqləyib. OPEC+ bu addımın daha zəif bazar şərtlərinə atıldığını bildirib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar