Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının
(ÇPA) 45 yaşına çatmış əməkdaşları DİN-in digər bölmələrinə keçirilirlər.
Bu barədə Bakipost.az-a şikayətində adının çəkilməsini
istəməyən ÇPA əməkdaşı məlumat verib.
O bildirib ki, 45 yaşına çatmış əməkdaşların
ÇPA-dan uzaqlaşdırılması qanunsuz bir qərardır: "Deyirlər ki, guya bu tapşırıq
cənab nazir Ramil Usubov tərəfindən verilib. Biz buna qətiyyən inanmırıq. Cənab
nazir heç vaxt belə qanunsuz tapşırıq verməz. Sadəcə onun adından istifadə
olunur. Bu, ÇPA rəhbərliyinin öz qərarıdır. Məqsəd 45 yaşa çatmış əməkdaşları
bu bəhanə ilə ÇPA-dan uzaqlaşdırıb, bizim yerimizə müəyyən maraqlarını təmin edərək
yeni əməkdaşlar götürməkdir. Xahiş edirəm bizim səsimizi cənab nazirə
çatdırın”.
Şikayətçi bildirir ki, ÇPA-da əməkhaqqı bir qədər
yüksək olduğundan bu, gələcəkdə alacaqları pensiyaya da təsir edir: "45 yaşına
çatmış əməkdaşların əksəriyyətinin pensiya vaxtına az müddət qalır. Yəni onsuz
da qısa müddətdən sonra hamımız pensiyaya çıxacağıq”.
DİN-in mətbuat xidmətindən məsələyə münasibət bildirməyiblər.
Bakı Post