Sosial şəbəkələrdə “Kürd Elnur” ləqəbli avtoritet Elnur Abdullayev vətəndaşın maşını dərədən aşırtması ilə bağlı görüntülər yayılıb.
Bakupost-un məlumatına görə, mətbuatda qeyd edilib ki, 90-OL-666 markalı X5 maşınının sahibi "Kürd Elnur" ləqəbli Abbasov Elnur Tofiq oğlu bu gün Babayev Zamin Nazim oğlunun adına olan maşını oğurlayıb. Avtomat ilə atəş açdığı üçün polisə şikayət edilib və buna görə "Kürd Elnur" oğurladığı maşının lazımı hissələrini söküb maşını dərədən yerə atıb. Hadisədən sonra səbəbkar yoxa çıxıb. Bu gün isə polisin apardığı əməliyyat nəticəsində o, həbs olunub.
“Kürd Elnur” kimdir?
Elnur Abdullayev kriminal aləmdə tanınmış avtoritetlərdən hesab olunur. Sosial şəbəkələrdə onunla bağlı qanunları pozması ilə bağlı videolar var. Videolarda avtomobili idarə edərəkən silahla havaya atəş açması, yol polisini hədələməsinə kimi görüntülər var.
“Kürd Elnur” dəfələrlə məhkumluq həyatı yaşayıb. O, istər Azərbaycanda, istərsə də Ukrayna həbsxanada olub. Son dövrlərdə sosial şəbəkələr vasitəsi ilə Elnur Abdullayev özünü etdiyi qanunsuzluqları reklam edir.
Əldə etdiyimiz məlumatlarda “Kürd Elnur”un bəzi imkanlı şəxsləri hədələyib, onlardan pul tələb etdiyi bildirilib.
“Kürd Elnur” mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarı olub.
Mənbəmizin sözlərinə görə, Elnur Abdullayev bu günə kimi xəstəxanada olub. Bir neçə gün əvvəl baş verən kütləvi davada bıçaqlandığı qeyd olunur.
Avtoritet yoxsa masin ogrusu ? Bunlara bu adi vermekle siz qudurdursuz