Türk Mədəniyyəti və İrsi Fondu maarifçilik yolunda daha bir uğurlu addım atıb. Fondun prezidenti xanım Aktotı Raimkulova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Manas Qırğız-Türk Univesitetini ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Universitetin kitabxanasına təqdim edib.
Bakupost.az xəbər verir ki, səfər çərçivəsində Fondun prezidenti professor Aktotı Raimkulova, Universitetin rektoru professor Alpaslan Ceylan və rektorun müavini professor Almaz İbraev ilə görüş keçirib. Görüş zamanı Türk dünyasının ortaq mədəni və elmi irsinin qorunması və təbliği istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, bu nəşrlər tələbə və tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq, Türk dünyası ilə bağlı araşdırmaların genişlənməsinə töhfə verəcəkdir.
Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.