Ru
16:17 / 27 Fevral 2026

Bu marşrut xəttində avtobuslar yenilənir - Gediş haqqı

Bu marşrut xəttində avtobuslar yenilənir - Gediş haqqı
Eye

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Bakupost.az AYNA-ya istinadən xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək.

13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar