2015-ci ildə burunsuz doğulan Eli Tompson insanlar tərəfindən möcüzəvi körpə olaraq adlandırılıb.
Bakupost.az xəbər verir ki, körpənin burunsuz doğulmasına Arnihinia adlanan xəstəlik səbəb olub.
Nadir xəstəlik nəticəsində Eli burun və sinus boşluqları olmadan dünyaya gəlib.
Elinin anası Brandi Mekqlateri körpənin doğulduğu an problem olduğunu həkimə bildirib.
Doğuşdan sonrakı ilk günlərdə Elinin nəfəs almasına və yemək yeməsinə kömək etmək üçün traxeotomiya (nəfəs borusunda bir dəlik) edilib.
Bu vəziyyətdən sağ çıxdığı üçün çoxları onu "möcüzə körpə" kimi tanıyıb.
Ancaq Eli 2 yaşı tamam olduqdan üç ay sonra vəfat edib.
Elinin atası Ceremi Finç oğlunun ölümü ilə bağlı danışıb:
"Biz dünən gecə kiçik dostumuzu itirdik. Bunun niyə baş verdiyini heç vaxt anlamayacam. Bu hadisə uzun müddət dərindən incidəcək. Amma həyatımda bu gözəl oğlana sahib olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, “American Journal of Case Reports” jurnalında aparılan araşdırmaya görə, dünyada yalnız 40-a yaxın insan burunsuz doğulub.
Aynur
BakuPost