Ru
18:57 / 27 Avqust 2025

Dondurulmuş Rusiya aktivləri danışıqlarda istifadə edilə bilər - Bessent

Dondurulmuş Rusiya aktivləri danışıqlarda istifadə edilə bilər - Bessent
Eye

Avropa İttifaqı ölkələri və ABŞ dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə tələsməməlidir, çünki bu aktivlərin taleyi Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda istifadə oluna bilər.

Bakupost.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox Business”ə müsahibəsində deyib.

“Dondurulmuş aktivlərə gəlincə, mən hesab edirəm ki, bunlar Vladimir Putinlə aparılan danışıqların bir hissəsidir. Ona görə də düşünmürəm ki, onları indi dərhal müsadirə etmək lazımdır", - Bessent vurğulayıb.

Skott Bessent həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlar zamanı bu aktivlərin hansı hissəsinin Ukraynanın bərpasına yönələcəyi aydınlaşacaq. Maliyyə naziri Avropa liderlərini Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb, çünki münaqişə “onların arxa həyətində baş verir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar