Ru
20:35 / 18 Fevral 2026

Dövlət Vergi Xidməti "Grandmart" MMC-də yoxlamaya BAŞLADI

Dövlət Vergi Xidməti "Grandmart" MMC-də yoxlamaya BAŞLADI
Eye

Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Megastore” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması ilə bağlı xəbərlər yayılmşdı.

Bakupost.az Sfera.az-a istinadla xəbər verir ki, Dövlət Vergi Xidməti artıq 2 gündür sözügedən şəbəkələri idarə edən “Grandmart” MMC-də yoxlamalara başlayıb. Məlumata görə vergi yoxlamaları nəticəsində adıçəkilən şirkətın böyük miqdarda vergidən yayınması faktları aşkar olunub. Bununla yanaşı şirkətin təchizatçılara da on milyonlarla vəsaitin ödəmədiyi üzə çıxıb.


Araşdırmamız nəticəsində məlum olub ki, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Megastore” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələri “ABDA Retail İnvestment Holding LTD”-yə və “Pro-Mart” MMC-yə aiddir. Holdinqin 50 faizi Adnan Əhmədzadəyə, digər 50 faizi isə Anar Əlizadəyə məxsusdur.

“ABDA Retail İnvestment Holding LTD”-i isə “Grandmart” MMC tərəfindən idarə olunur. MMC-nin 45 faiz səhminə Adnan Əhmədzadə, 45 faizinə Anar Əlizadə, 10 faizinə isə Cəlal Babakişiyev sahibdir.


Onu da qeyd edək ki, “Grandmart” MMC-nin 10 mindən çox əməkdaşı var və onlar bir neçə aydır əmək haqlarının almasında problemlərin olması ilə bağlı çoxsaylı şikayətlər ediblər. MMC-nin dəfələrlə gömrük qaydalarını pozduğuna görə cərimə olunduğu da yerli mətbuatda dərc olunub.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə "Pro-Mart" MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.

Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.

Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və "Pro-Mart" MMC barəsində inzibati icraat açılıb.

Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi. Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar