Şirvanda qadın əri tərəfindən güllələnib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasında əməliyyata alınsa da vəfat edib.
Qeyd edək ki, E. Abıyev saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan E.Abıyev polislərlə atışmada yaralanıb.