Ru
10:10 / 22 İyul 2025

Fransa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Fransa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Eye

Fransa Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təkliflər hazırlamağa başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Jan-Noel Barrot "France Inter "radiosunun efirində bildirib.

“Mən artıq komandama Rusiyanı buna (təzyiqlərə tabe olmağa - red.) məcbur etmək üçün yeni və daha sərt sanksiyalar paketi hazırlamağı tapşırmışam”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu sanksiyalar, konkret olaraq Fransa deyil, Avropa İttifaqı səviyyəsində tətbiq ediləcək. Çünki birliyin üzvü olan ölkələrin iqtisadi çəkisi ABŞ-la koordinasiyada Rusiyaya təzyiq cəhdlərinə imkan verəcək. Barrot vurğulayıb ki, o, Avropanın yeni sanksiyalar paketini tezliklə qəbul edəcəyini gözləyir.

Fransalı nazir əlavə edib ki, may ayında qəbul olunan 17-ci sanksiyalar paketinə görə məhz ölkəsi məsuliyyət daşıyıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar