Ru
16:52 / 01 Dekabr 2021

Helikopter qəzasına görə məsuliyyət kimindir və kimlər cəzalanmalıdır? - Ekspertlər

7852
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbçimiz şəhid olub, 2 hərbçimiz yaralanıb.


Bu bədbəxt hadisə cəmiyyət tərəfindən ciddi müzakirə olunur.

Yüksək rütbəli zabitlərin bir helikopterə yığılması və hava şəraitinin nəzərə alınmaması ciddi suallar doğurur.

Məsələ ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu hadisə Ayaz Mütəllibovun Dağlıq Qarabağa yola saldığı helikopter qəzasını xatırladır:


“Mİ-17 helikopterinin Xızıda qəzaya uğraması hamımıza çox ağır təsir edib. Bu hadisə həmçinin kürəkənim MİQ-29 Qırıcı Təyyarəsinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevin Xəzər dənizi üzərindəki qəzasını xatırlatdı. O zaman Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, təyyarənin qəzaya uğramasına səbəb təyyarəyə yad cismin dəyməsi və bunun kabinaya keçməsi nəticədə piloton ağır yaralanması ilə baş verib. Yəni pilot təyyarəni idarəetmək qabiliyyətinə sahib olmayıb, çünki ölümcül yaralanıb. İndi isə helikopterimiz içərisində yüksək rütbəli hərbçilərimizin olması şəraitində Səngəçaldan Xızıya uçuş edərkən Qaraheybət hərbi aerodorumuna eniş edərkən qəza törədib. Yəni, helikopter yerə çırpılıb. Mütəxəssislər bir çox versiyaları araşdırırlar. Qara qutu tapılıb və oradakı yazıların oxunması prosesi gedir. Eyni zamanda meydana xeyli suallar çıxır. Niyə bu qədər yüksək rütbəli zabitlərin hamısını bir helikopterə toplayıblar? Yadıma vaxtı ilə Ayaz Mütəllibovun Dağlıq Qarabağa yola saldığı helikopter qəzası düşür. Həmin helikopter Dağlıq Qarabağın Qarakənd kəndi ətrafında erməni separatçıları vurmuşdular. O zaman Azərbaycan siyasi rəhbərliyinin bir çox üzvləri, ölkənin dövlət katibi, baş prokuroru, baş nazirin müavini və bir sıra generalları da həmin helikopter qəzasında həlak oldular. Təhlükəsizlik məsələsi ilə bağlı mütəxəssis olmadığım üçün danışa bilmərəm, sadəcə diqqətimi çəkən bu qədər yüksək rütbəli hərbçilərimizin helikopterdə olmasıdır. Hətta onların içərisində bir polkovnik Azərbaycanda ilk dəfə MİQ-35 təyyarəsini idarə etməyə imkanı olmuş şəxs idi. Digər yüksək rütbəli polkovnik leytenantalar, kapitan və mayorlar , yəni böyük bir zabit heyəti o helekopterdə uçurdular. İndi isə onların heç biri aramızda yoxdur. Yalnız iki nəfər bu qəzadan yüngül xəsarətlər alaraq sağ çıxıblar. Təhlükəsizlik tədbirləri haqında danışa bilmərəm çünki o barədə mütəxəssis deyiləm. Amma hər halda yerüstü idarəetmə sistemlərini və həmin hərbi aeroportda uçuşu idarəetmə mərkəzi bu işlərlə ciddi məşğul olmalıdır. Qayda belədir ki, helikopter eniş edən zaman dispetçer məntəqəsi ilə pilot arasında ciddi danışıqlar prosesi gedir və onlar dispetçerin əmrləri nəticəsində həmin eniş prosesini rallaşdırırlar. Əlbəttə, baş verən hadisə çox ağırdır. Ümid edirəm ki, bütün tədqiqatlar həyata keçirildikdən sonra onların haqqında dəqiq və yekun qərarı çıxarmaq lazımdır. Çünki bu Azərbaycan xalqı üçün əvəzi ödənilməyəcək dərəcədə böyük bir itkidir. Hadisə ilə bağlı şəhdlərimizin ailələrinə və bütün xalqımıza baş sağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Hərbi-ekspert Ramil Məmmədli vurğulayıb ki, Mİ-17 helikopteri hərbi nəqliyyat vasitəsi kimi yüklənmə gücü 26 nəfərə qədərdir:



“Əlbəttə, bu qədər böyük sayda hərbçilərin və peşəkar mütəxəssislərin şəhid olması olduqca üzücüdür. Bununla bağlı artıq araşdırmalara başlanılıb və zəruri tədbirlər həyata keçiriləcək. Ümumiyyətlə, Mİ-17 helikopteri hərbi nəqliyyat vasitəsi kimi yüklənmə gücü 26 nəfərə qədərdir. Hava şəraiti digər amillərə əsasən tənzimlənir və idarə olunur. Yəni, hava şəraiti vəziyyəti diqtə edir. Bu baxımdan birmənalı olaraq hansısa qərar vermək mümkün deyil. Amma qeyd etmək lazımdır ki, hər bir baş verən hadisənin məsuliyyət daşıyan tərəfi var. Onlar da aşkarlanıb bununla bağlı qərar veriləcək. Heç kimə məlum deyil orada hava şəraiti necə olub. Ona görə də bu gün hava şəraiti ilə bağlı şərh vermək doğru olmaz. Daha doğru olar ki, Azərbaycan cəmiyyəti bu hadisə ilə bağlı məlumatları rəsmi qurumları izləyərək məlumatlansılar. Ümumiyyətlə helikopterlərin qəzaya uğramasının təbii ki, çoxlu sayda səbəbləri ola bilər. Bunlar rəsmi qurumlar tərəfindən araşdırılır və nəticəsi bəlli olacaq”.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, helikopterin istismar müddətinin bitdiyini və yeni təmirdən çıxdığını, yaxud təzə olduğunu deyirlər. Bu məsələlər ciddi araşdırılmalıdır:


“Dünən baş verən helikopter qəzasında texniki təhlükəsizlik qaydalarının pozulması və digər məsələlər müzakirə predimetidir. Hərbi təlim üçün Qaraheybətə uçuş edən helikopter qəzaya uğrayıb və 14 nəfər hərbçimiz şəhid olub, 2 hərbçimiz isə yaralanıb. Hesab edirəm ki, 16 hərbçinin helikopterə minməsi və enişdə qəzaya uğraması ilə bağlı məsələlər istintaq materiallarından sonra aydın olacaq. Görünür helikopterin say tərkibinə uyğun olaraq helikopterlə uçuş ediblər. Lakin burada helikopterin istismar müddətinin bitdiyini və yeni təmirdən çıxdığını, yaxud təzə olduğunu deyirlər. Düşünürəm ki, bu məsələlərə ciddi nəzarət etmək lazımdır. Araşdırılmalıdır ki, əgər təmir olunubsa bu harada təmir olunub, yəni bu kimi məsələlər ətraflı şəkildə araşdırılmalıdır. Bu Azərbaycan xalqı üçün bir faciədir. 14 hərbçimizi itrmişik. Mütləq bu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir”.

Baku Post
Şərhlər
  • Asif Rahimov

    Qarakende vurulan vertalyotu ermeni vurmusdusa niye bize teref qumbara atani milli qehreman edirler vertalyotun vurulmasindan 30 il otur ancaq diqalardan ses yoxdur vuran kimdir?--muemalidir deyilmi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər