Ru
02:10 / 23 Oktyabr 2020

"Heyətimizdə problemlər var idi" - Qurban Qurbanov

"Heyətimizdə problemlər var idi"  - Qurban Qurbanov
Eye

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

Onun fikirlərini “Qarabağ”ın rəsmi “Facebook” hesabı yayımlayıb.

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir”, - deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına 0:1 hesabı ilə məğlub olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar