Ru
11:22 / 18 Avqust 2025

İran azərbaycanlı xanım fəalı edam edəcək

İran azərbaycanlı xanım fəalı edam edəcək
Eye

İranın Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin edam hökmü təsdiq olunub.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda vəkil Əmir Rəisian məlumat yayıb.

O, bundan əvvəl çıxarılan ölüm hökmünün İran Ali Məhkəməsinin 29-cu bölməsi tərəfindən təsdiq olunduğunu bildirib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi "xaricdə təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Beynəlxalq İnsan Haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar