Ru
11:53 / 18 Avqust 2025

Şəhid məzarlarını təhqir edən ərəbləri hansı cəza gözləyir? - AÇIQLAMA

Şəhid məzarlarını təhqir edən ərəbləri hansı cəza gözləyir? - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Şəhidlər xiyabanında qeyri-etik ifadələr işlədən, təhqiramiz hərəkətlər edən ərəb turistlər saxlanılıblar.

Hadisəni törədən turistlərin hansı cəzanı alacağı müzakirə mövzusudur.

Vəkil Müşfiq Abbasov Bakupost.az- a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət məsuliyyəti yarada bilər:

“Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) üzrə cinayət işi başlana bilər. Konkret olaraq araşdırılmalıdır ki, həmin şəxslərin hərəkətləri təhqir kimi qiymətləndirilə bilərmi, yoxsa yox. Bu məsələyə araşdırma zamanı müstəntiq hüquqi qiymət verməlidir.

Videogörüntülərdə kənardan müəyyən hərəkətlərin edildiyi müşahidə olunur. Ola bilər ki, reallıqda daha kobud davranışlar edilib və həmin anlar videoya düşməyib. Sözügedən şəxslərin əməlləri həmçinin xuliqanlıq tərkibli də ola bilər. Çünki cəmiyyətə açıq şəkildə, qərəzli formada hörmətsizlik nümayiş etdirilir.

Hər bir halda hesab edirəm ki, məsələ ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir və ya meyit üzərində təhqiredici hərəkət) və 221-ci (Xuliqanlıq) maddələri üzrə cinayət işi başlanmalıdır.”

Qanunvericiliyə əsasən, Cinayət Məcəlləsinin 245-ci maddəsinə uyğun olaraq, qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər edən şəxs iki ilədək islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. 221-ci maddə – yəni xuliqanlıq üzrə isə cəza əməlin ağırlıq dərəcəsinə görə dəyişir, həmin şəxslər cərimə oluna bilər, hətta iş azadlıqdan məhrum etməyə qədər gedə bilər.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar