Ru
12:18 / 18 Avqust 2025

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi başlanıldı - VİDEO

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi başlanıldı  - VİDEO
Eye

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.


DİN Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.


Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

****

4:41

Bakıda Şəhid məzarları önündə video çəkib, qeyri-etik ifadələr işlədən ərəblər az əvvəl polis tərəfindən saxlanılıb.


Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Ətraflı Bakupost.az-ın sujetində:



https://ok.ru/video/9285238852195



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar