Ru
11:41 / 18 Avqust 2025

Turizm Agentliyindən ərəb turistlərin qeyri-etik davranışına REAKSİYA

Turizm Agentliyindən ərəb turistlərin qeyri-etik davranışına REAKSİYA
Eye

Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir.

"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir" - Agentliyin açıqlamasında deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar