Dünən axşam saatlarında İranın Qaləgənc rayonunun Solan, Rəmişk yolunda “Peugeot Pars”, “Pride” və yanacaq daşıyan “Nissan” avtomobillərinin toqquşması nəticəsində 12 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Məlumata görə, “Peugeot Pars”da olan 8 nəfər Solan sakini, “Nissan”dakı 2 nəfər İranşəhər sakini və “Pride” avtomobilindəki 2 sərnişin ölüb. Qəzada yeganə sağ qalan yaralı şəxs “Pride”ın sürücüsü olub. Ölənlər arasında hamilə qadın da olub.
Görüntülər toqquşmanın şiddətini göstərir. Bir-birinə çırpılan avtomobillər qəflətən alışıb. Maşınlardan çıxa bilməyən sərnişinlər diri-diri yanıb.
Rəsmi qurumlar 8 nəfər öldüyünü desə də, yerli mənbələr dəqiq sayın 12 olduğunu təsdiqləyir.
Solan-Rəmişk magistralında işıqlandırmanın olmaması və yolun bərbad vəziyyəti səbəbilə tez-tez qəzalar baş verir.
Cavid, BakuPost