İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.
O qeyd edib ki, İranda rejim dəyişəcək.
ABŞ müharibə naziri ABŞ-ın bu müharibəyə başlamadığını, lakin Prezident Trampın rəhbərliyi altında onu bitirmək niyyətində olduğunu qeyd edib.
O vurğulayıb ki, “əgər kimsə dünyanın hər hansı bir yerində amerikalıları öldürərsə və ya təhdid edərsə, ABŞ bu cür şəxsləri tərəddüd etmədən və üzr istəmədən təqib edib məhv edəcək”.