Ru
11:02 / 29 Oktyabr 2025

İtkin şəhidlərimizlə vida mərasimi - FOTOLAR

İtkin şəhidlərimizlə vida mərasimi - FOTOLAR
Eye

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Azər Bayramov 24 iyun 1973-cü ildə Bakının Xətai rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. A.Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar